Nikol Paşinyan bu dəfə Brüsseldə velosipedlə gəzintiyə çıxıb.
KONKRET.az xəbər verir ki, Ermənistanın baş naziri videoçarxında bildirib:
“Əlbəttə, xarici şəhərlərdə velosiped sürmək təkcə fiziki fəaliyyət üçün deyil, həm də şəhərin velosiped infrastrukturu, ümumilikdə infrastruktur, şəhər həyatının təşkili haqqında biliklərimi genişləndirmək üçün faydalıdır”.
Xatırladaq ki, Ermənistan hökumətinin başçısı II “Global Gateway” beynəlxalq forumunda iştirak etmək üçün Brüsselə gedib.