“Paşinyan çalışır ki, İrəvanın rəsmi Bakının şərtləri ilə sülh imzalamaqdan başqa yolu qalmasın” – İLGİNC FAKTLARbackend

“Paşinyan çalışır ki, İrəvanın rəsmi Bakının şərtləri ilə sülh imzalamaqdan başqa yolu qalmasın” – İLGİNC FAKTLAR

“Azərbaycan yaxın 10 il ərzində Cənubi Qafqazda lider olacaq”.

KONKRET.az xəbər verir ki, bu fikir artıq beynəlxalq aləm tərəfindən birmənalı şəkildə qəbul edilir.

Ölkəmizin günü-gündən artan nüfuzu bu qənaətə gəlməyə əsas verir. Türkiyə ilə müttəfiqlik Bakıya bütün sahələrdə üstünlük qazandırıb. Qarabağ müharibəsindəki tarixi zəfər Azərbaycanla yanaşı Türkiyənin də qələbəsi kimi xarakterizə olunur. Eyni zamanda, Azərbaycan və Türkiyənin Cənubi Qafqazda mövqeyinin güclənməsi Ermənistan rəhbərliyinin kapitulyasiya fikirləri ilə üst-üstə düşüb. O zaman Ermənistan rəhbərliyi Qərblə Rusiyanı ölkə ərazisindən sıxışdırıb çıxarmaq üçün birbaşa sövdələşməyə gedib. Beynəlxalq ekspertlərin fikrincə, sadə siyasi məntiqə nəzər yetirilməyib.

“Türkiyə NATO üzvüdür və Azərbaycanın tərəfindədir. Qərbdə Paşinyanı dəstəkləyən qüvvələr NATO ölkələrini təmsil edir. Belə çıxır ki, Paşinyan Ermənistanın potensial düşməninin qüvvələrindən istifadə edir. Eyni zamanda, hərbi müşahidəçilər Rusiyanın Cənubi Qafqazı əldən verməmək üçün Ermənistana nəzarətin Azərbaycan tərəfindən tam ələ alınmasına razılıq verəcəyini də istisna etmirlər” – siyasi ekspertlər proseslərə belə şərh verirlər.

Azərbaycan həmçinin Çin mallarının Rusiyadan yan keçərək Avropaya daşınması üçün logistika zəncirinin – “Orta yol” layihəsinin üzvüdür. Türkiyə də bu layihəyə daxildir. Çünki “Orta yol” Britaniyanın Cənubi Avrasiya layihəsinin bir hissəsidir. Bu layihə balkanlara qədər uzanır və Pakistan və Çini əhatə edir.

  • Bu mənada Rusiya və İranın işə salmağa çalışdığı Şimal-Cənub dəhlizi bir çox cəhətdən Britaniyanın planlarına rəqibdir. Odur ki, Rusiya sülhməramlılarını Qarabağ zonasından çıxarmaq üçün iki Cənubi Qafqaz respublikasının liderlərinin hərəkətləri üst-üstə düşür. Bakının yaxın perspektivi Ermənistanla öz şərtləri əsasında sülh müqaviləsinin imzalanmasıdır. Hazırda İrəvanın qarşısında bir maneə var – ictimai rəy və müxalifət.

Paşinyan vəziyyəti o həddə çatdırmağa çalışır ki, Ermənistanın Azərbaycanın şərtləri ilə sülh müqaviləsi imzalamaqdan başqa yolu qalmasın. Çünki belə bir sazişin imzalanması Ermənistanda iqtisadi vəziyyətin yaxşılaşması ilə əlaqələndiriləcək. Nəqliyyat dəhlizləri açılacaq, pullar ölkəyə sel kimi axacaq.

Erməni və beynəlxalq ekspertlər hesab edirlər ki, gələcək sülh müqaviləsi və Ermənistanın “Orta yol”un iqtisadi infrastrukturuna daxil edilməsi rəsmi İrəvanın Azərbaycan-Türkiyə müttəfiqliyi tərəfindən müharibəsiz mənimsənilməsi imkanlarını artıracaq. Təxminən eyni aqibət Acarıstanın bir hissəsi artıq türk biznesi tərəfindən qismən mənimsənilmiş Gürcüstanı da gözləyə bilər.

“Rusiya üçün Cənubi Qafqazda Azərbaycan-Türkiyə müttəfiqliyinin möhkəmlənməsi Kremlin bu regiondakı fəaliyyətinə nəzarəti gücləndirməkdən başqa yolunun olmadığını göstərir. Unutmayın ki, Rusiyanın bir hissəsi olan Dağıstan, əslində, siyasi subyektivliyini itirən Ermənistandan sonra Britaniyanın diqqət zonasındakı növbəti ərazidir. Eyni zamanda, Rusiya hakimiyyəti Şimal-Cənub dəhlizinin quru hissəsinə etibar etməməli, əsas diqqəti dəniz konteyner daşımalarına yönəltməlidir”, – deyə siyasi ekspertlər bildirirlər.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*