Paşinyan deputat mandatından imtina etdibackend

Paşinyan deputat mandatından imtina etdi

Ermənistan parlamentinə 18 namizəd, o cümlədən “Vətəndaş müqaviləsi” Partiyasının lideri, ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deputat mandatından imtina edib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının katibi Armen Smbatyan facebook səhifəsində bildirib.

16 namizəd “Vətəndaş müqaviləsi” Partiyasını təmsil edir. Paşinyandan savayı, parlamentin spikeri Ararat Mirzoyan da deputat mandatından imtina edib. Parlamentdə işləməkdən imtina edən digər iki namizəd “Ermənistan” blokunu təmsil edir. Onlardan biri blokun lideri Robert Koçaryandır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*