“Paşinyan deyir ki, erməni soyqırımının günahkarı Türkiyə deyil, Rusiyadır” – Şarmazanovbackend

"Paşinyan deyir ki, erməni soyqırımının günahkarı Türkiyə deyil, Rusiyadır" - Şarmazanov

“Nikol Paşinyanın fikrincə, erməni soyqırımının günahkarı Türkiyə deyil, Rusiyadır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov öz “Facebook” səhifəsində yazıb.

“Nikol təkcə tarixi zorlamır, həm də soyqırımın günahını Türkiyədən Rusiyaya atır. Kapitulyator deyir ki, 1915-ci ildə Rusiya bölgəni tərk edib və bunun nəticəsində erməni soyqırımı baş verib. Əslində Nikola görə, soyqırımı törədən Türkiyə deyil, Rusiyadır”, – deyə Şarmazanov bildirib.

Mətbuat katibi əlavə edib ki, Paşinyan artıq açıq şəkildə Türkiyənin “5-ci kalon”unun lideri rolunu öz üzərinə götürüb.

“Nikol faktiki olaraq Ermənistanda “pantürkist hərəkatının” lideri olub”, – deyə Eduard Şarmazanov qeyd edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*