“Dost ölkələrin bu məsələdə susması ən azı qəribədir”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O, Laçın yolunda baş verənlərə “dost ölkələrin” reaksiya verməməsindən təəccüblənib və narazı qalıb.
Paşinyan onların səssizliyindən çaşdığını bildirib, vəziyyətə biganə qalmayanlara təşəkkür edib.
“Ən azı, bəzi dost ölkələrin baş verənlərə susması qəribə görünür”, – deyə Paşinyan təəssüflənib.
Xuraman Etibarlı,
KONKRET.az