Paşinyan Əbu-Dabidə: Manukyanın evində axtarış aparılırbackend

Paşinyan Əbu-Dabidə: Manukyanın evində axtarış aparılır

Müxalifət liderlərindən biri olan “Ermənistan” fraksiyasının deputatı Geqam Manukyanın evində Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) və İstintaq Komitəsi əməkdaşları tərəfindən axtarış aparılır.

KONKRET.az xəbər verir ki, bu barədə yerli “Graparak” nəşri məlumat yayıb. Bildirilir ki, hazırda Manukyanın yaşadığı evdə axtarış əməliyyatı davam edir.

Qeyd edək ki, bu hadisə baş nazir Nikol Paşinyanın Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşlə eyni vaxta təsadüf edir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*