Ermənistanın Kanadadakı keçmiş səfiri Ara Papyanın facebookdakı paylaşımı sosial şəbəkələrin erməni seqmetində müzakirə predmeti olub.
KONKRET.az xəbər verir ki, Muşeq Mkrtçyan adlı istifadəçinin sözləri diplomata necə xoş təsir edibsə, onu öz səhifəsində təkrar paylaşıb.
Həmin paylaşımı təqdim edirik:
“Blinken deyir ki, İrəvan və Bakı ağrılı kompromislərə getməlidir. O yaxşı oğlana de ki, bizim Nikola belə şeylər deyə bilməzsən. O, elə güzəştə gedəcək ki, Bayden də, Putin də kənardan mat-məəttəl qalacaqlar. Makron da infarkt keçirəcək, ruhu bizi tərk edəcək. Blinken qardaş, İrəvan daha nəyə güzəştə gedəcək? Güzəştə getməyə heç nə qalmadı axı!”.
Sevinc Paşayeva,
KONKRET.az