Paşinyan Ərdoğanın yanına niyə gedir? – Sülh müqaviləsi ilə bağlı kritik detalları müzakirə edəcəkbackend

Paşinyan Ərdoğanın yanına niyə gedir? – Sülh müqaviləsi ilə bağlı kritik detalları müzakirə edəcək

Ermənistanın baş naziri Nikol Paşinyanın 20 iyun tarixində Türkiyəyə rəsmi səfəri gözlənilir. Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutur.

KONKRET.az xəbər verir ki, Ermənistanın 24News nəşri diplomatik mənbələrə istinadən Paşinyanın bu səfərinin əsas məqsədinin Azərbaycanla sülh müqaviləsinin şərtlərini və imzalanma məkanını Ərdoğanla razılaşdırmaq olduğunu yazır.

Məlumata görə, sülh müqaviləsinin imzalanması üçün iki ehtimal müzakirə olunur:

  • Birinci variant – Vaşinqtonda (sentyabrda),

  • İkinci variant – Birləşmiş Ərəb Əmirliklərində (təxminən dekabrda).

Həmin mənbəyə görə, Paşinyan danışıqlar prosesindən Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsini çıxarmağa nail olub. O, Azərbaycanın bu tələbdən imtina etməsinə razılıq verildiyini, çünki bu dəyişikliklərin sosial sorğulara əsasən mümkün olmadığını və onun siyasi gələcəyini riskə atdığını iddia edib.

Bundan başqa, razılaşdırılan ikinci əsas şərt Rusiya hərbi bazasının Gümrüdən sülh müqaviləsi imzalandıqdan sonra çıxarılmasıdır.

Üçüncü şərt – regionda yolların açılması ilə bağlı detalları isə nəşr yaxın günlərdə ictimaiyyətə təqdim edəcəyini bildirib.

Bu səfər regionda yeni geosiyasi düzənin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir və Ermənistanın Qərb-Türkiyə xəttinə inteqrasiyası istiqamətində atılmış daha bir addım kimi qiymətləndirilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*