Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan və Rusiya arasında heç bir problemin olmadığını bəyan edib. Bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko məlumat verib.
KONKRET.az xəbər verir ki, Matviyenko açıqlamasında həmçinin bildirib:
“Prezident Vladimir Putin və Baş nazir Nikol Paşinyan arasında konstruktiv münasibətlər mövcuddur və onların arasında heç bir gərginlik və ya problem yoxdur.”
Natiq Səlim,
KONKRET.az