Paşinyan Ermənistan ordusundakı xəyanətlərdən danışdıbackend

Paşinyan Ermənistan ordusundakı xəyanətlərdən danışdı

“Ölkədə hərbi xidmət keçən şəxslər arasında çoxlu sayda dövlətə xəyanət hallarının aşkarlanmasına baxmayaraq, bu mövzu barədə açıq danışmaq qəbuledilməzdir”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 8-də İstintaq Komitəsinin iclasında bildirib.

“Sonra deyirik: necə ola bilər ki, bu hadisə baş verdi, bu, ümumiyyətlə, necə mümkündür? Bu işlər gizli prosedurla aparılır, məhkəmələr qapalı keçirilir. Amma o məlumatlara çıxışı olanlar düşünürlər ki, bu, necə baş verdi? Bu, nəyi göstərir — fərdi problemi, cəmiyyətin problemini, dövlət sistemindəki, yoxsa qanunvericilikdəki problemi? Bu hallar simvolik məna daşıyır”, – baş nazir deyib.

Paşinyan vurğulayıb ki, Ermənistan cəmiyyətində “vətənpərvərlik” və “qəhrəmanlıq” anlayışlarının bəzən reallıqdan uzaq şəkildə təqdim olunması ciddi təhlil tələb edir:

“Vətəndən, vətənpərvərlikdən çox danışırıq, hamını ilk təəssüratda qəhrəman hesab edirik. Sonra isə görürük ki, o qəhrəmanların arasından bir xəyanətkar, sonra ikincisi, üçüncüsü, dördüncüsü… Son illərdə onlarla belə hadisə var ki, insan sadəcə inanmaqda çətinlik çəkir”.

Baş nazirin sözlərinə görə, bu faktlar cəmiyyətin özünü və dövlət sistemini daha balanslı şəkildə dərk etməsi üçün bir fürsət olmalıdır: “Biz anlamalıyıq ki, nəyi düzgün etmirik. Öz köşəndən bir qədər mərkəzə gəlmək, reallığı daha taraz şəkildə tanımaq vacibdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*