“Paşinyan etiraf etdi ki, müharibə zamanı o, təxminən 10 dəfə vəziyyətə nəzarət etməyib” – Mamicanyanbackend

"Paşinyan etiraf etdi ki, müharibə zamanı o, təxminən 10 dəfə vəziyyətə nəzarət etməyib" - Mamicanyan

“Müharibə zamanı Paşinyan demək olar ki, eyni vaxtda üç yerdə – ABŞ, Fransa və Rusiyada danışıqlar aparırdı”.

KONKRET.az xəbər verir ki, bunu Parlamentin “Mənim şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Bunu anlamaq çətin deyil ki, üç platformada danışıqlar aparırsınızsa, o zaman düşmənə müəyyən variantlardan qaçmaq imkanı verirsiniz. Dünən Paşinyan Rusiyanın vasitəçiliyinin bütün epizodlarını bir qədər təfərrüatı ilə təqdim etdi, lakin Fransanın, ən maraqlısı isə ABŞ-ın vasitəçiliyi ilə danışıqların necə getdiyinə demək olar ki, toxunmadı”, – deyə Mamicanyan bildirib.

O əlavə edib ki, Paşinyan Araik Arutyunyanın və Baş Qərargahın bəyanatlarının təxminən 10 dəfə ziddiyyət təşkil etdiyini deyib.

“Başa düşürsünüz, Nikol Paşinyan deyir ki, o, 10 dəfəyə yaxın müharibə şəraitində olan ölkədəki vəziyyəti bilmirdi, cəbhədə nə baş verdiyini bilmirdi. Mən bundan daha yaxşı özünü müdafiə təsəvvür edə bilmirəm”, – deyə Mamicanyan bildirib.

Hayk Mamicanyan Nikol Paşinyanın – “müharibədən 1-2 gün sonra mən işə qayıtdım” ifadəsinə də toxunub:

“Bunun nə demək olduğunu başa düşürsüz? Noyabrın 9-dan sonra bir neçə gün heç kim bilmirdi ki, o, haradadır. Paşinyan nəhayət dünən bunu etiraf etdi”, – deyə Hayk Mamicanyan bildirib.

Günel Mikayılova,

KONKRET.az

  • Vazeh
    İyun 22, 2023 - 02:53

    Yaxşı ki, ermənistan mətbuatı və dövlət orqanları var imiş. Biz gizli məlumatları ancaq onlardan öyrənə bilirik. Yaxşı, bəs bizimkilər hanı, onlar niyə mətbuat konfransı keçirmir, xalqa məlumat vermir, parlamentdə dinlənilmir. Prezident Respublikası? Məşər ABŞ-da Konqresə, hətta komissiyalarına məlumat, hətta izahat vermirlər? Bu xalqı saymaq lazım və vacibdi

Vazeh üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*