Paşinyan əvvəl İsraili ittiham etdi, sonra isə üzr istədi – Geri addım…backend

Paşinyan əvvəl İsraili ittiham etdi, sonra isə üzr istədi - Geri addım...

Ermənistanın Baş Naziri Nikol Paşinyan İsrailin ünvanına səsləndirdiyi sərsəm ittihamlara görə üzr istəyib.

KONKRET.az xəbər verir ki, o bu addımı Avstriyanın paytaxtı Vyanada sinaqoq yaxınlığında baş vermiş terror aktından sonra atıb.

Paşinyan öz “facebook” hesabında yazıb:

“Bu müsahibənin dərc olunmasından bir neçə saat sonra İsrailin dolayı da olsa, Vyanadakı sinaqoqa hücum qismində hədəf alınmasından təəssüflənirəm”.

Xatırladaq ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan bir gün əvvəl “Jerusalem Post” qəzetinə müsahibəsində İsraili Azərbaycana silah satmaqla günahlandıraraq, “erməni soyqırımı”nda ittiham etmişdi. Hətta həddini aşaraq İsrailin təklif etdiyi humanitar yardımı “Azərbaycan tərəfində döyüşən muzdlulara” göndərməyi tövsiyə etmişdi.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*