“Nə qədər ki, Paşinyan hakimiyyəti ictimai gündəmdə qalib gələcəklər, biz məğlub olacağıq”.
KONKRET.az xəbər verir ki, bunu erməni türkoloq Varujan Qeqamyan Facebook səhifəsində yazır:
“Şənlik və şəhər işıqları mövzusu bir daha bizim əsl qəzəbimizi və diqqətimizi iki mühüm mövzudan uğurla yayındırdı:
– Lavrovun Qarabağın “status”u məsələsinə kapitulyantdan təkzib gəlmədi.
– kapitulyasiya edənlər Ermənistanın Qarabağla bağlı bəyanatını parlamentdə qəbul etməkdən imtina etdi.
Və bu, on ikinci dəfədir.
Onlar ictimai gündəmdə qaldıqca, biz də uduzacağıq.
Laçın, Hadrut və Kəlbəcərdə isə artıq iki ildir ki, bütün erməni tikililəri murdarlanıb… onlar yoxdur”, – deyə Qeqamyan yazıb.
Xuraman Etibarlı,
KONKRET.az