“Paşinyan həbs olunmalıdır” – Ermənistanın Baş nazirinə cinayət işi AÇILA BİLƏRbackend

"Paşinyan həbs olunmalıdır" -  Ermənistanın Baş nazirinə cinayət işi AÇILA BİLƏR

“Paşinyan hələ də ölkəmizi idarə edir, o həbs edilməlidir”.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, martın 30-da antikorrupsiya məhkəməsi Nikol Paşinyana cinayət işinin açılması tələbi ilə şikayətə baxacaq.

Belə ki, 44 günlük müharibə zamanı məhv edilən Tsor D-20 artilleriya diviziyasında xidmət edən əsgərlərin qohumları Paşinyanın həbsi tələbini irəli sürüblər.

“Biz hesabatın ayrıca araşdırılmasını və cinayət işinin başlanmasını tələb etdik, prokurorluq bundan imtina etdi. Vəkilimiz prokurorluğun hərəkətsizliyindən məhkəməyə şikayət verib. Biz məhkəmədə Nikol Paşinyana qarşı cinayət işinin açılmasını tələb edəcəyik ”, – deyə ölən əsgərin qohumu Anait Manasyan bildirib.

Ermənistan Baş Prokurorluğu Nikol Paşinyanın əsgərləri öldürdüyünü iddia edib. Prokurorluq həmçinin təqdim olunmuş hesabatı araşdırma predmetinə çevirmək üçün Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə göndərib. Prokurorluq bunun ayrıca araşdırma predmetinə çevrilməsi tələbini rədd edib. Həlak olan artilleriyaçıların qohumları bundan narazıdırlar.

“Müharibədən 3 il keçib, lakin günahkar Nikol Paşinyan heç bir məsuliyyət daşımayıb. Hər gün yuxudan oyanıb görürük ki, Paşinyan hələ də vəzifədədir. Bu hər gün ölkəmiz, xalqımız üçün fəlakətlidir”, – deyə Manasyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*