“İstefa verməyə hazırlaşmıram”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, vəzifədən yalnız xalqın iradəsi ilə gedəcəyini söyləyib.
Bu çıxışından sonra Ermənistan müxalifətinin baş nazirliyə vahid namizədi Vazgen Manukyan Paşinyana sərt reaksiya verib.
Belə ki, Manukyan Paşinyanı intihar etməyə çağırıb:
“Müharibədən sonra rəhbər ya getməlidir, ya da özünü öldürməlidir”.