backend

Paşinyan istirahətə getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 31-dən sentyabrın 3-dək qısamüddətli məzuniyyətdə olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən məlumat yayıb.

Tətil zamanı Ermənistan hökumətin rəhbəri vəzifəsində Paşinyanı baş nazirinin müavini Suren Papikyan əvəz edəcək.

Bir müddət əvvəl “Joxovurd” qəzeti Nikol Paşinyanın istirahətini ailəsi ilə birlikdə Soçidə keçirəcəyi barədə xəbər dərc edib.

Nəşrin iddiasına görə, Rusiya prezidenti Vladimir Putnə xoş gəlsin deyə, Ermənistan Baş naziri tətili Qara dəniz kurortunda keçirmək qərarına gəlib./Yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*