Paşinyan: “KTMT Ermənistanın təhlükəsizliyini və suverenliyini təhdid edir”backend

Paşinyan: “KTMT Ermənistanın təhlükəsizliyini və suverenliyini təhdid edir”

Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ölkəsi üçün təhlükə yaratdığını bildirib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Paşinyan KTMT-ni Ermənistanın “təhlükəsizliyinə, gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdid” adlandırıb.

Ermənistanın KTMT-dəki iştirakını dondurduğunu xatırladan Nikol Paşinyan ölkəsinin sözügedən quruma qayıda biləcəyi ehtimalını da dəyərləndirib:

“Ermənistanın KTMT-yə qayıtmaq barədə düşünüb-düşünməməsi ilə bağlı müzakirələr gedir. Biz yalnız verdiyimiz suallara konkret cavablar verilsə, KTMT-də iştirakımızı tam bərpa edəcəyik. Son iki ildə suallarımız eşidilmir və eşidiləcəyinə də ümid yoxdur”.

Onun sözlərinə görə, Ermənistan “dönüş olmayan nöqtəni” keçməyə hazırdır, bundan sonra KTMT ilə bütün əməkdaşlığı dayandırılacaq. O vurğulayıb ki, belə bir qərara görə Ermənistan hakimiyyətini tənqid etmək üçün ağlabatan səbəb görmür.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*