“Laçın dəhlizi “soyqırım”ın qarşısının alınması dəhlizidir”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanən Baş naziri Nikol Paşinyan “Soyqırımı cinayətinə qarşı” forumda deyib.
“Bu dəhlizin bağlanması və işinin dayandırılması Qarabağ əhalisini üç fərqli ssenaridə “soyqırım”a məhkum etmək deməkdir:
Qarabağın ermənisizləşdirilməsi. Hadrut bölgəsində olduğu kimi ermənilər öz evlərində yaşamaq imkanını itirəcəklər.
Şəxsiyyətin itirilməsi. Beynəlxalq səviyyədə tanınan erməni abidələrinin mənşəyini şübhə altına almaq cəhdi.
Əhalinin fiziki məhvi. Buna misal olaraq dinc əhaliyə atəş açmaq, yaşayış məntəqələrini atəşə tutmaq olar”, – Paşinyan deyib.
O bildirib ki, “soyqırım”ın qarşısının alınması üçün ən mühüm mexanizm dialoq və əməkdaşlıqdır.
Xuraman Etibarlı,
KONKRET.az