Paşinyan: “Mən Ermənistanın gələcəyini düşünürəm”backend

Paşinyan: “Mən Ermənistanın gələcəyini düşünürəm"

“Uzun illərdir ki, müəyyən qüvvələr Dağlıq Qarabağ məsələsindən bir məqsədlə – Ermənistan dövlətçiliyinin baş tutmasının qarşısını almaq üçün istifadə ediblər”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə hökumət saatı zamanı deyib.

Onun sözlərinə görə, bu versiyanın doğruluğuna inam hər gün artır. Paşinyan qeyd edib ki, əslində 1996-cı il Lissabon sammitindən sonra Dağlıq Qarabağ məsələsi mövcud olmayıb, lakin Ermənistanda bu reallıq qəbul edilməyib. “Lissabon sammitinin yekunu olaraq sədr tərəfindən bəyanat qəbul edilib. Həmin bəyanata görə, Dağlıq Qarabağ Azərbaycanın daxilində həll edilməlidir.

Paşinyan vurğulayıb ki, erməni siyasətçilər, o cümlədən o da istifadə etdiyi terminləri heç də həmişə düzgün qavramayıb. “Nəticədə reallıqla qarşıya qoyduğumuz məqsədlər arasında keçilməz uçurum yaranıb”, – deyə Paşinyan izah edib.

“Mən Ermənistanın gələcəyini düşünürəm. Ermənistan Konstitusiyası Ermənistanın gələcəyi üçün məsuliyyəti mənə həvalə edir və mən bütün diqqətimi bu işə yönəltmişəm”, –  Paşinyan deyib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*