Paşinyan NARAHATDIR: “Ermənistan sərhədləri boyunca eskalasiya ehtimalı yüksəkdir”backend

Paşinyan NARAHATDIR: "Ermənistan sərhədləri boyunca eskalasiya ehtimalı yüksəkdir"

Ermənistan sərhədləri boyunca eskalasiya ehtimalı yüksəkdir.

KONKRET.az xəbər verir ki, bu barədə bu gün Baş nazir Nikol Paşinyan keçirdiyi mətbuat konfransında danışıb.

“Xəbərləri izləyirsinizsə, Azərbaycanın “təcavüz”ü 2020-ci ildən sonra daha da artıb. Hesab edirəm ki, indi Ermənistan və Qarabağ “sərhəd”ləri boyunca eskalasiya ehtimalı çox yüksəkdir.

Niyə belə nəticəyə gəldiyimi deyə bilərəm. Belə qənaətə gəlmişəm ki, Azərbaycanın ritorikası getdikcə aqressivləşir. Təbii ki, bununla bağlı müəyyən başqa məlumatlar da var. Təcavüzkar hərəkətləri və eskalasiyanı həyata keçirən Ermənistan deyil, Azərbaycandır. Ermənistanın müşahidəçiləri dəvət etməyə razılıq verməsinin səbəbi də budur. Biz artıq bu ideyanın niyə və necə yarandığını danışmışıq”, -deyə Paşinyan narahatlığını bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*