Paşinyan niyə üçtərəfli görüşdən qaçırdı? – Nikolun İki dəfə görüşdən imtina etməsinin ŞOK SƏBƏBLƏRİbackend

Paşinyan niyə üçtərəfli görüşdən qaçırdı? - Nikolun İki dəfə görüşdən imtina etməsinin ŞOK SƏBƏBLƏRİ

Nikolun dünənki açıqlaması məğlub ölkənin liderinin çıxışı idi. O çıxışı zamanı bir çox məsələlərə aydınlıq gətirdi. Lakin, həmişəki kimi səliqəsiz cümlələr, birbirini tamamlamayan ifadələr və baxış – bucağının tam aydın olmadığı Nikol təsiri bağışladı.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Zaur Məmmədov səsləndirib. O bildirib ki,  Paşinyan necə çıxış etsə də, Robert və Serj deyil. Özgənin hesabına torpaqları işğal edib bir vaxtlar özlərindən razı gəzənlərdən daha yaxşı variantdır.

Bəs İki dəfə görüşdən imtina edən Paşinyan 26 noyabr Moskva görüşünə niyə hə dedi?

Politoloqun sözlərinə görə, iki gün əvvəl İrəvan səmasında rus qırıcı təyyarəsinin peyda olması, ondan sonra isə, Putinlə telefon danışığındakı ultimatum Nikolu görüşə razı olmağa vadar etdi.

RUSİYA – QƏRB QARŞIDURMASI 1905.az

Bəs Paşinyan niyə üçtərəfli görüşdən qaçırdı?

Zaur Məmmədovun fikrincə kommunikasiyaların açılışına razı olan Nikol, Qərbin bəlli dairələrindən “məsələni uzat” əmri almışdı. Demarkasiya-delimitasiya məsələsini uzatmasının səbəbi isə, daxildəki təzyiqlərdir.

Moskvada nə müzakirə ediləcək?

Ekspert əlavə edib ki, artıq kommunikasiya və nəqliyyat barədə texniki mexanizmlər ilə bağlı ikitərəfli razılıq var:  “Nəqliyyat yollarının açılması ilə bağlı hansısa məsələlərdə prinsipial fikir ayrılığı yoxdur. İndiki halda Ermənistanın yol tikintisinə başlamasına start verilməlidir. Demarkasiya-delimitasiya məsələsi ilə bağlı isə, çox güman ki, Moskva görüşündən sonra işçi qrupu yaradılacaq və iş mexanizmləri müzakirə olunacaq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*