Paşinyan onlara boşanmağı qadağan etdibackend

Paşinyan onlara boşanmağı qadağan etdi

Ermənistan Baş naziri Nikol Paşinyan komanda yoldaşlarına boşanmağı qadağan edib.

KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Nəşr iddia edib ki, Ermənistan rəhbəri ölkədə hər şeyə, o cümlədən komanda yoldaşlarının şəxsi həyatlarına da nəzarət edir:

“Əldə etdiyimiz məlumata görə, o, komanda yoldaşlarına boşanmağı qadağan edib. Bu yaxınlarda komanda yoldaşlarından biri ona belə bir qərar verdiyini, həyat yoldaşından boşanaraq yeni həyata başlamaq istədiyini bildirib. Paşinyan bunu əsas gətirərək komanda yoldaşlarına boşanmağı qadağan edib.

Baş nazir deyib ki, hakim partiyada boşanmaların limiti artıq dolub, daha heç kimin boşanmağa haqqı yoxdur. Paşinyan bunu onunla əsaslandırıb ki, belə hallar hakim komandanın üzvlərini ictimaiyyətin gözündə daha da aşağı salır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*