Ermənistanın baş naziri Nikol Paşinyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri vəzifəsinə İstintaq Komitəsinin rəis müavini Artur Nahapetyanın namizədliyini təklif edib.
KONKRET.az xəbər verir ki, bu barədə Paşinyan sosial şəbəkə hesabında yazıb.
Onun namizədliyi təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim ediləcək.
Daha öncə məlum olub ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri vəzifəsinə üç namizəd (Artur Nahapetyan, Petros Martirosyan və Gevorq Köçəryan) müsabiqədən keçib.
Paşinyan qeyd edib ki, 3 namizədin hər biri ilə görüşlər keçirib. Nəticədə Nahapetyanı seçmək qərarına gəlib.
Müşviq Tofiqoğlu
KONKRET.az