Paşinyan özünə yeni müavin təyin etdi – FOTObackend

Paşinyan özünə yeni müavin təyin etdi - FOTO

Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan respublikanın baş nazirinin müavini təyin olunub. 

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bunu Baş nazir Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında deyib.

“Bu gün biz bu məsələni respublika prezidenti Vaaqn Xaçaturyan ilə müzakirə etdik və indiyədək maliyyə naziri vəzifəsində çalışmış Tiqran Xaçatryan baş nazirin müavini vəzifəsinə təyin ediləcək”, – deyə o bildirib.

Həmçinin maliyyə naziri vəzifəsinə Vaqe Ovaneisyan təyin olunub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*