Paşinyan “Putin Ermənistana gəlsə, həbs edəcəksiniz?” sualına belə CAVAB VERDİbackend

Paşinyan “Putin Ermənistana gəlsə, həbs edəcəksiniz?” sualına belə CAVAB VERDİ

Ermənistanın Baş naziri Nikol Paşinyan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi ilə bağlı bəzi şəxslərin, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı qərarlar qəbul etmir.

KONKRET.az xəbər verir ki, bu barədə Paşinyan Putinin BCM-nin orderi ilə əlaqədar İrəvana gələcəyi təqdirdə onun həbsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən “The Telegraph” qəzetinə müsahibəsində deyib.

“2018-ci ildən sonra Ermənistanda məhkəmə-hüquq sistemində ciddi islahatlara başlanılıb və bu sahədə böyük irəliləyişlər qeydə alınıb. Bizdə kimin həbs edilib, kimin həbs olunmamasına Baş nazir qərar vermir”, – hökumət başçısı vurğulayıb.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya edib. Bu, İrəvanı Rusiya Prezidenti Vladimir Putinin ölkəyə səfər edəcəyi təqdirdə BCM-nin onun həbs edilməsi barədə qərarına əməl etməyə məcbur edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*