“Qarabağda Rusiya sülhməramlılarının məsuliyyəti zonasında vəziyyət gərgin olaraq qalır”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
Qeyd etmək istəyirəm ki, bizim regionda təbii ki, əsas məsələ Qarabağ nizamlanmasıdır. Təəssüf ki, biz Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında da gərginliyin artdığını görürük.
Mən əminəm ki, siz Laçın dəhlizinin bu yaxınlarda bağlanmasından xəbərdarsınız. Qarabağda bununla bağlı böyük narahatlıq var. Və ümid edirəm ki, bu gün biz regional təhlükəsizliyin bütün məsələlərini müzakirə edə biləcəyik”, – deyə Paşinyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az