Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması sualına cavab verməkdən YAYINDIbackend

Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması sualına cavab verməkdən YAYINDI

Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması sualına birbaşa cavab verməkdən yayınıb.

KONKRET.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan martın 14-də keçirdiyi mətbuat konfransında Qarabağı Azərbaycanın bir hissəsi kimi görüb-görmədiyi sualına cavablandırmayıb.

Jurnalistin birbaşa Qarabağı Azərbaycanın bir hissəsi kimi görmədiyini bildirmək xahişinə Nikol Paşinyan dolayısı ilə cavab verib. O, yenə də Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları haqqında danışıb.

“Qarabağ xalqının təhlükəsizliyi və hüquqları məsələsi Ermənistanın gündəliyindədir. Bu çərçivəyə sığmayan odur ki, benefisiar Qarabağ xalqıdır.

Mənim gördüklərim, görmədiklərim önəmli deyil. Qarabağ xalqının nəyi görməsi vacibdir. Bu, çox mühüm incəlikdir”, – deyə Paşinyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*