Rusiya Baş nazirinin müavini Aleksey Overçuk İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, A.Overçukun rəhbərlik etdiyi nümayəndə heyəti 9-cu Rusiya-Ermənistan Regionlararası Əməkdaşlıq Forumunda iştirak etmək üçün İrəvandadır.
Həmsöhbətlər Ermənistan-Rusiya əməkdaşlığının bir sıra məsələlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.