Rusiya sərhədçiləri bağlanan müqaviləyə görə Ermənistanda xidmət göstərir.
KONKRET.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı deyib.
Ona regionda kommunikasiyaların blokadadan çıxarılması və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı sual verilib. Həmçinin kommunikasiyaların təhlükəsizliyini hansı tərəfin təmin edəcəyi soruşulub.
“Ölkəmiz bu gün qərara gəlib ki, onlar orada xidmət ediblər, sabah isə xidmət etməyəcəkləri barədə qərar verilə bilər”. “İnterfaks” Paşinyanın sözlərindən sitat gətirib.
“Deyirlər ki, nəqliyyat kommunikasiyalarına nəzarəti Rusiya FTX-nin sərhəd xidməti həyata keçirir. Harada yazılıb ki, FTX-nin sərhəd xidməti orada olmalıdır? Bu yazılmayıb. Nəqliyyat kommunikasiyalarına nəzarəti təmin edən tərəf Ermənistan Respublikasıdır”, – deyə o, fikrini yekunlaşdırıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az