“Paşinyan Rusiyanın qucağından qurtulmadan Qərbə üz tutmağa çalışır” – Arşakyanbackend

"Paşinyan Rusiyanın qucağından qurtulmadan Qərbə üz tutmağa çalışır" - Arşakyan

“Hələ 2018-ci ilin yazında Nikol Paşinyan hakimiyyətə gələndə bəzi ağıllı adamlar ona Rusiya ilə hərbi-siyasi və iqtisadi ittifaqı saxlayaraq, iki kresloda oturmağı məsləhət görmürdülər. Yəni həm Rusiya ilə müttəfiqliyi saxlamağı, həm də eyni anda Qərbə can atmağı tövsiyə etmirdilər. Və onlar haqlı idilər. Çünki tarixdə çox az adam uzun müddət iki stulda oturmağı bacarıb. Təəssüf ki, Ermənistan hökumətinin başçısı əməli məsləhətlərə qulaq asmadı, istər Rusiya, istərsə də Qərblə flörtə davam etdi, nəticədə beynəlxalq ictimaiyyətin gözündə qeyri-ciddi liderə çevrilməyə başladı”.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Tevos Arşakyanın məqaləsində yer alıb: “Nikol ayrı-ayrı paytaxtlarda müxtəlif vədlər verir, sonra isə belə qənaətə gəlir ki, onları eyni vaxtda həyata keçirə bilməz. Erməni politoloqlar baş nazirin hərəkətlərini belə təsvir edirlər. Nəticə etibarı ilə 44 günlük müharibə zamanı nə Rusiya, nə də Qərb erməni tərəfinə əməli yardım göstərmədi. Lakin son il yarımda Paşinyan xarici siyasətdə əminlik nümayiş etdirməyə başlayıb. Beləliklə, biz qərb platformalarında (Brüssel, Praqa, Münhen, Vaşinqton) Bakı ilə danışıqlara üstünlük verməyə başladıq, Fransa ilə daha da yaxınlaşdıq və nəhayət, Aİ-nin uzunmüddətli missiyasını ərazimizə dəvət etdik. Bununla da öz missiyamızı göstərdik. Özü də sərhədimizə KTMT missiyası göndərmək istəyən Moskvaya qarşı bunu etdik. Paralel olaraq, Ermənistan Rusiyaya qarşı demarş etməyə başladı, xüsusən də bu özünü KTMT sammitində yekun bəyannaməni imzalamamaqda, blokun təlimləri üçün öz ərazisini verməkdən imtina etməkdə, Mirzoyanı Moskvada planlaşdırılan üçtərəfli görüşə göndərməməkdə göstərdi. Bütün bunlar həm Paşinyanın özünün, həm də komandasının üzvlərinin, ilk növbədə Alen Simonyan və Armen Qriqoryanın Moskva və KTMT-yə qarşı sərt ritorikası ilə müşayiət olundu”, – deyə erməni analitik vurğulayıb

“Son vaxtlar vəziyyət yenidən dəyişməyə başlayıb. Görünür, Paşinyan yenidən iki stulda oturmağa çalışır. Bunu bir sıra məqamlar göstərir. Birincisi, İrəvan nədənsə KTMT baş katibini qəbul etməyə razılıq verdi. İkincisi, məlum olur ki, Ermənistan və Rusiya dollar və avro ilə ödənişləri tamamilə dayandırıb. Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyanın sözlərinə görə, Qərbin Rusiyaya qarşı sanksiyaları Ermənistandan malların tədarükünün artması ilə nəticələnib. Amerika və Avropa valyutası bizə lazım deyilmi? Yoxsa biz sadəcə Moskvanı razı salmaq istəyirik? Əvəzində biz ötən ilin yekunlarına görə Ermənistandan Rusiyaya tədarükün 4 dəfə artmasına nail ola bilmişik. Görünən odur ki, Ermənistan Rusiyanın qaydaları ilə oynamağa razılaşıb. Üçüncüsü, məlum oldu ki, bizim xarici işlər nazirimiz Ararat Mirzoyan martın 20-də Lavrovla danışıqlar aparmaq üçün Moskvaya gedəcək. Mariya Zaxarovanın sözlərinə görə, danışıqlar zamanı nazirlər “ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılan addımları” müzakirə edəcəklər. Rusiya açıq şəkildə Azərbaycanın tərəfini tutursa, onunla nədən danışmaq ola?r. Axı Lavrovun Moskvada azərbaycanyönümlü mövqe sərgiləyəcəyi tamamilə aydındır. Paşinyanın iki stulda oturmaq cəhdi var. O, Rusiyanın inadkar qucağından qurtulmadan Qərbə getməyə çalışır. Amma bu, Ermənistan üçün daha böyük təhlükələrlə doludur. Bizi ikiüzlü hesab etmək olar. Üstəlik Ermənistan dövlətçiliyinin özü tamamilə yox olmaq təhlükəsi ilə üzləşə bilər”, – deyə Arşakyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*