Dövlət Gəlirləri Komitəsi və Dövlət Nəzarət Xidməti özəl müəssisələrdə və obyektlərdə genişmiqyaslı yoxlamalara başlayıb. Əvvəlcə Arkady Amburtsumyana məxsus “Derjava” şirkətində, daha sonra Qriqoryanovun “Avşar” zavodunda və digər obyektlərdə yoxlamalar başlayıb. Qeydə edək ki, dekabrın 18-də Ermənistanda yeni qanun müzakirəyə çıxarılıb. Yeni qanuna görə hökumət orqanları sahibkara xəbər vermədən, istənilən an hansısa təşkilata gələ bilər, axtarış apara, lazımi materialları ələ keçirə və sahibkarlıq subyektlərinin telefonlarına qulaq asa bilər.
KONKRET.az xəbər verir ki bu barədə “Qraparak” qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, “İqtisadi Rəqabətin Qorunması haqqında” qanun artıq parlamentə təqdim edilib. Bu cür repressiyalarla Paşinyan çərşənbə axşamı elan olunan ümumi tətilə qoşulmağa hazırlaşan iş adamlarını qorxudacağına ümid edir. Paşinyanın ən sevdiyi oliqarxlar, məsələn, Samvel Aleksanyan işçilərinə bugünkü yas yürüşündə iştirak etməmələrini əmr edib”.