Paşinyan sərsəmlədi: “Qarabağ ermənilərini İrəvana köçürəcəyik”backend

Paşinyan sərsəmlədi: "Qarabağ ermənilərini İrəvana köçürəcəyik"

Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından sonra Qarabağın gələcəyini necə görməsi barədə danışıb. 

KONKRET.az xəbər verir ki, bu barədə o, mətbuat konfransında çıxışı zamanı bildirib.

“Əgər Azərbaycan Qarabağ ermənilərinin hüquqlarına məhəl qoymasa və təhlükəsizliyi təmin etməsə, “Artsax” Rusiyaya qoşulduğunu elan edə biləcək. Ən pis halda isə, məhv olmaq təhlükəsi olarsa, Ermənistan hakimiyyəti “Artsax” xalqının Ermənistana köçürülməsini təmin edəcək”.

“Biz deyirik ki, problemi Rusiya həll etməlidir, ABŞ həll etməlidir, Avropa İttifaqı həll etməlidir, Azərbaycan həll etməlidir… Amma biz bununla kifayətlənməməli, “Dağlıq Qarabağ rəhbərli”yinin nə etməli olduğunu müəyyənləşdirməliyik. Bu böhrandan çıxmaq üçün “Dağlıq Qarabağ hakimiyyəti”nin görəcəyi işlər varmı? Hesab edirəm ki, bütün hallarda hakimiyyətdə olduqlarına görə onların görəcəyi işlər var və biz bu işdə onlara dəstək olmağa hazırıq”, – Baş nazir deyib.//Yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*