Paşinyan son QƏRARINI VERDİ: Ermənistan Rusiyadan tam UZAQLAŞDIbackend

Paşinyan son QƏRARINI VERDİ: Ermənistan Rusiyadan tam UZAQLAŞDI

“Ermənistan artıq Rusiyaya güvənmir. Görünən odur ki, Nikol Paşinyanın Ermənistanı Rusiyanın təsir zonasından çıxarıb ölkəni Qərbə təslim etməsi reallaşmağa başlayır”.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Tevos Arşakyanın məqaləsində yer alıb: “Belə bir geosiyasi dönüşün baş verməsi çoxdan gözlənilirdi. Söhbət Aİ-nin ölkəmizə 100 nəfərlik uzunmüddətli missiya göndərmək qərarından gedir. İlk baxışdan bu addımın sırf sərhəd təhlükəsizliyi məsələlərinə görə atıldığı bildirilir. Axı həm Aİ, həm də İrəvanın açıq şəkildə bəyan etdiyi kimi, Ermənistan ərazisində yerləşəcək tamhüquqlu mülki missiyası patrul xidməti həyata keçirəcək. Yəni təhlükəsizliyin təmin edilməsinə və Ermənistanla Azərbaycan arasında etimadın yaradılmasına köməklik göstərəcək. Bu, müəyyən dərəcədə bu doğrudur. Amma gəlin vəziyyətə digər tərəfdən baxaq. Xatırlayırsınızsa, Rusiya və KTMT də Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyi təklif etmişdi. Lakin Ermənistan tərəfi qəti şəkildə rədd cavabı vermişdi. Moskvanın və KTMT-dəki “müttəfiqlərimizin” son iki il yarımda sərgilədiyi davranış erməni xalqını və hökumətini qane etmir. Moskva indi Bakı və Ankara ilə eyni komandada çıxış edir. Və belə bir vəziyyətdə Ermənistanda heç kimRusiyanı istəmir. Yəni bizim hakimiyyət rusları rədd edib avropalıları seçməklə bir tərəfdən Moskvaya qara ləkə vurdu, digər tərəfdən də dünyaya Ermənistanın üzünü Qərbə çevirdiklərini göstərdi. Amma hələlik yalnız Aİ-yə doğru. Bəlkə yaxın gələcəkdə NATO haqqında da danışacağıq”, – deyə erməni analitik vurğulayıb.

Tevos Arşakyanın sözlərinə görə, Ermənistan göstərir ki, Cənubi Qafqaz təkcə Rusiya üçün deyil, həm də Avropanın maraq zonasına daxildir: “Xüsusən ona görə ki, Brüssel regional məsələlərdə daha mühüm rol oynamaq istəyir və İrəvan buna qarşı çıxmır. Bəli, biz yaxşı bilirik ki, Ermənistan vasitəsilə regionumuza nüfuz edən Qərb Rusiyanı sıxışdırıb çıxarmaq kimi geosiyasi məqsədlərini həyata keçirir. Bəs İrəvanın xarici siyasətini Moskvadan Brüsselə dəyişməsində günahkar kimdir? Həm 44 günlük müharibədə, həm də ondan sonrakı dövrdə Ermənistana xəyanət edən yalnız Rusiyanın özü günahkardır. O, Azərbaycan və Türkiyəni razı salmaq üçün regionda yeganə müttəfiqinin maraqlarını tapdaladı. Ermənistanın birmənalı olaraq Qərbə üz tutması artıq Moskvada başa düşülüb. Lavrov və Zaxarovanın qəzəbi təsadüfi deyil. Təbii ki, Rusiyanın hələ də Ermənistana qarşı çoxlu təzyiq rıçaqları var. Unutmayaq ki, ölkəmiz sözün əsl mənasında Rusiya hərbçiləri və FSB-si ilə doludur. Yaxın günlərdə İrəvana qarşı bütün bu təzyiq rıçaqlarından istifadə olunacaq”, – deyə Arşakyan bildirib.

“Mən inanmaq və ümid etmək istəyirəm ki, bizim hakimiyyət bundan qorxmayacaq və Qərblə, o cümlədən onun hərbi-siyasi strukturları ilə əlaqələri gücləndirmək siyasətini davam etdirəcək. Biz Qərbin siyasi, iqtisadi və hərbi strukturlarına həssas yanaşmalıyıq.  Ermənistanın yeri KTMT və Aİİ-də deyil, Aİ və NATO-dadır. Davam edin, Nikol Vovayeviç, erməni xalqı bu məsələdə sizi tam dəstəkləyəcək!”, – Tevos Arşakyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*