“Paşinyan tamamilə uğursuz oldu” – Solovyovbackend

“Paşinyan tamamilə uğursuz oldu” - Solovyov

Rusiyalı teleaparıcı Vladimir Solovyov müəllifi olduğu verilişdə Ermənistan rəhbərliyini tənqid edib.

KONKRET.az-ın məlumatına görə, Solovyov baş nazir Nikol Paşinyana söz ataraq deyib ki, məğlub olan özündən başqa hamını günahlandırır.

“Paşinyan Ermənistan xalqının ona verdiyi əsas vəzifələri yerinə yetirmədi. Qarabağı müdafiə etmədi. Azərbaycan Prezidenti isə vəzifəsini yerinə yetiridi. Paşinyan tamamilə uğursuz oldu. Bacarıqsızlığı ilə Qarabağa xəyanət etdi. Bu, mənim şəxsi fikrimdir”.

İkinci Qarabağ müharibəsi zamanı aşkar şəkildə Ermənistanın mövqeyindən çıxış edən Solovyovun indi İrəvan hakimiyyətini tənqid etməsi erməni cəmiyyətində müzakirələrə səbəb olub. (Azvizion)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*