“Ermənistan Türkiyə ilə dialoq aparır”.
KONKRET.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan İrəvanda ATƏT Parlament Assambleyasının payız sessiyasında çıxışı zamanı deyib.
“Diplomatik münasibətlərin qurulması baxımından heç bir uğur əldə etməsək də, indiyədək heç vaxt belə aktiv dialoqumuz olmayıb. Bununla belə, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması Cənubi Qafqazda sülhsevər, inkişaf mühitinin strateji baxışı üçün ən mühüm amildir”, – Paşinyan bildirib.
Ermənistanın baş naziri ümid edir ki, yaxın gələcəkdə Ermənistan-Türkiyə sərhədi açıla bilər.
“Bu, çox simvolik bir addım olacaq. Biz Cənubi Qafqazı dünyaya xoş xəbərlər gətirəcək regiona çevirəcəyimizə ümid edirik”, – deyə Paşinyan bildirib.
İlkanə Şəvəqqətli,
KONKRET.az