Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 20-də Ankaraya səfər edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “24 Nyus” məlumat yayıb.
Səfər çərçivəsində baş nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Hər iki lider Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərini müzakirə edəcək.