Paşinyan Ukraynada “taxta biznesi”nə BAŞLADIbackend

Paşinyan Ukraynada “taxta biznesi"nə BAŞLADI

Paşinyan Ukraynada “taxta biznesi”nə başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Baş nazir Nikol Paşinyanın qardaşı oğlu, keçmiş deputat Sipan Paşinyan Ukraynada “taxta biznesi” ilə məşğuldur.

2019-2021-ci illərdə deputat olmuş baş nazir Sipan Paşinyan Nikol Paşinyanın qardaşı oğludur.  O, ötən il Ukraynada şirkət təsis edib.

“Sipan Paşinyan Çerkassı şəhərində Kazaryanla birgə biznesə başlayıb.

2022-ci il sentyabrın 13-də Narek Kazaryan və Sipan Paşinyan Çerkassıda “Cherwood” MMC-ni qeydiyyatdan keçiriblər. Cəmiyyətin nizamnamə kapitalı 25 min Ukrayna qrivnasıdır.

Şirkətin fəaliyyəti ağac emalı ilə bağlıdır.

Maraqlıdır ki, Ukrayna reyestrində Sipan Paşinyanın vətəndaşlığı və qeydiyyatı olduğu ölkə Ukrayna kimi göstərilib”, – deyə media yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*