Paşinyan yeganə namizəd SEÇİLMƏDİ – Deputatlar yenidən TOPLAŞACAQ – YENİLƏNİBbackend

Paşinyan yeganə namizəd SEÇİLMƏDİ - Deputatlar yenidən TOPLAŞACAQ - YENİLƏNİB

Ermənistan parlamenti Baş Nazir seçmək üçün yenidən toplaşacaq.

KONKRET.az Ermənistan KİV-ə  istinadən xəbər verir ki, iclas mayın 10-u saat 12:00-da keçiriləcək.

***

 15:22
Ermənistan parlamenti bu gün keçirilən xüsusi iclasında Nikol Paşinyanı respublikanın Baş naziri vəzifəsinə yeganə namizəd seçməyib.

KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, səsvermədə 75 deputat bitərəf qalıb, 3 nəfər əleyhinə, 1 nəfər isə lehinə səs verib. Bununla da Ermənistan parlamentinin buraxılma proseduru başladılıb.

Parlamentdə ən çox yerə sahib “Mənim addımım” fraksiyası səsvermədə bitərəf qalıb, müxalif “Çiçəklənən Ermənistan” fraksiyası isə iclasda iştirak etməyib.

Müxalif “Maariflənmiş Ermənistan” fraksiyası isə Paşinyanın namizədliyinin əleyhinə səs verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*