Paşinyan yenə Azərbaycanı hədələdibackend

Paşinyan yenə Azərbaycanı hədələdi

Paşinyan yenə Azərbaycanı hədələyib.

KONKRET.az Sputnik Armeniya-ya istinadla xəbər verir ki, bu gün Ermənistan parlamentində KTMT ilə bağlı sualı cavablandıran Nikol Paşinyan təşkilata müraciətin hər an qüvvədə olduğunu bildirib.

“Biz Azərbaycanın işğalı ilə əlaqədar KTMT-yə müraciət etmək imkanını unutmuruq”, – Paşinyan deyib.

Onun bu cavabı erməniləri sakitləşdirmək üçün verilsə də, Azərbaycana “hədə” kimi səslənib.

“Ehtiyac olarsa, Ermənistan KTMT-yə 4-cü maddəyə əsasən müraciət edəcək. Bu maddəyə əsasən, dövlətlərdən biri təcavüzə məruz qalsa, bu, təşkilatın qalan tərəfdaşları tərəfindən hamıya qarşı təcavüz kimi qiymətləndiriləcək”, – baş nazir öz ordusuna yox, KTMT-yə güvəndiyini göstərib.

Xuraman Etibarlı,

KONKRET.az

  • Namiq
    Yanvar 20, 2022 - 12:35

    Əlbəttə bu gözləniləndir. Əgər ermənilərin nazı ilə oynasaq, hər bəhanələrinə güzəştə getsək və nəhayət onların sözlərinə inansaq hələ başımıza çox bəlalar gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*