Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Sünikə gedib.
KONKRET.az Publika.az-a istinadla xəbər verir ki, Paşinyan bu barədə sosial şəbəkədə məlumat verib.
“Biz Tatevə “Təhsil dəbdədir” adlı mühazirə üçün gedirik”, – o, “Facebook”da video paylaşaraq yazıb.
Xatırladaq ki, ötən həftə də Ermənistanın baş naziri həyat yoldaşı Anna Akopyanla birlikdə Sünik bölgəsinə səfər etmişdi.
Qeyd edək ki, onlar Sünikə helikopterlə uçublar.