Paşinyan yenə Rusiyaya gedir – “Burada, ola bilsin, nəsə olacaq, bilmirəm” – SƏBƏBbackend

Paşinyan yenə Rusiyaya gedir - "Burada, ola bilsin, nəsə olacaq, bilmirəm” - SƏBƏB

“Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin iyunun 7-9-da Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edəcək”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov bildirib.

“İyunun 7-9-da Mişustin Nikol Paşinyanı qəbul edəcək. Burada, ola bilsin, nəsə olacaq, bilmirəm”.

“Müvafiq sənəd həqiqətən hazırdır, dəfələrlə görmüşəm, orada kiçik dəyişikliklər ediləcək. Amma tərəflər son addımı ata bilmirlər. Ümid edirəm ki, bir həftədən sonra bütün bunlar hansısa praktik müstəvi ilə nəticələnəcək və bəlkə də liderlərimiz yenidən bir araya gəlməli olacaqlar”, – deyə o, fikrini yekunlaşdırıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*