Paşinyan yenidən “hücuma keçdi” – İrəvanın küçələri QARIŞDI backend

Paşinyan yenidən "hücuma keçdi" - İrəvanın küçələri QARIŞDI 

İrəvanda keşiş Baqrat Qalstanyanın tərəfdarları saxlanılıb.

KONKRET.az xəbər verir ki, Baqrat Qalstanyanın lideri olduğu “Müqəddəs mübarizə” hərəkatının üç tərəfdarı İrəvanda keçirilən etiraz aksiyası zamanı həbs edilib.

Məlumata görə, fəallar İrəvandakı körpülərdən birinin üzərinə “Siyasi məhbuslara azadlıq” yazılmış plakat yerləşdiriblər.

Qalstanyan və onun bir sıra tərəfdarları bu yaxınlarda Ermənistanda hakimiyyətin silahlı yolla ələ keçirilməsi cəhdi ilə bağlı həbs olunublar. Arxiyepiskop tərəfdarlarının axtarışı zamanı elektrik kabellərinə və internet bağlantılarına zərər vurmaq üçün nəzərdə tutulmuş çoxlu yanar əşyalar aşkar edilib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*