Xəbər verdiyimiz kimi, Ermənistanın Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyan bu gün İrəvanda yerləşən İstintaq Komitəsinə gəlib.
Ancaq bundan öncə Ermənistanın Baş naziri Nikol Paşinyan Acapaxyanın hüquq-mühafizə orqanlarından gizləndiyi ilə bağlı yayılan xəbərlərə sərt və bir qədər də ironik tərzdə münasibət bildirib.
KONKRET.az xəbər verir ki, Paşinyan şəxsi Facebook hesabında belə yazıb:
“Aydındır ki, o [Acapaxyan] hüquq-mühafizə orqanlarından niyə gizlənir. Əgər məhkəmə onu bir və ya iki ay müddətinə həbs etsə, qadınsız necə yaşayacaq?”.
, Ermənistan hakimiyyəti ilə Apostol Kilsəsi arasında münasibətlər artıq diplomatik maskalardan uzaqlaşıb. Əvvəllər daha ehtiyatlı ifadələrlə dolu olan münasibətlər, artıq birbaşa ittiham və istehzalarla müşayiət olunur.
Rəsmiyyə Şərifova,
KONKRET.az