Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilərlə bağlı sərt və diqqətçəkən açıqlama verib.
KONKRET.az xəbər verir ki, Paşinyan bildirib ki, əgər onun rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası parlament seçkilərində konstitusion çoxluq əldə etməzsə, ölkəni ciddi təhlükə gözləyə bilər.
Baş nazirin sözlərinə görə, belə bir halda sentyabr ayında “dağıdıcı müharibə” ehtimalı yaranacaq.
O, qeyd edib ki, bu fikirləri sakit şəkildə səsləndirir, çünki xalqın partiyasına lazımi dəstəyi verəcəyinə inanır.
Paşinyanın bu açıqlaması Ermənistanda seçkiöncəsi siyasi gərginliyin artdığını və təhlükəsizlik məsələlərinin daxili siyasi gündəmdə mühüm yer tutduğunu göstərir.
Müşviq Tofiqoğlu
KONKRET.az
