Paşinyandan gözlənilməz addım – Kilsə keşişləri ilə görüşdübackend

Paşinyandan gözlənilməz addım – Kilsə keşişləri ilə görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Apostol Kilsəsinin (AAC) bir qrup arxiyepiskop və yepiskopunu qəbul edib.

KONKRET.az  Globalinfo.az-a istinadən xəbər verir ki, görüşün görüntüləri hökumət başçısının sosial şəbəkə hesablarında yayımlanıb.

Məlumata görə, Paşinyan görüş zamanı din xadimlərinə ictimai şəkildə nümayiş etdirdikləri “prinsipial mövqe”yə görə təşəkkürünü bildirib. Baş nazirin sözlərinə görə, dövlətin mövcudluğu dəyərlər sistemi ilə sıx bağlıdır və bu mövzuların müzakirəsi Ermənistanın gələcək inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.

Paşinyan hakimiyyətə yaxın media və Teleqram kanallarında yayılan, din xadimlərinə aid edilən bəyanatı da xatırladıb. Həmin sənəddə Bütün Ermənistan katolikosu II Qareginin fəaliyyəti tənqid olunur, eləcə də arxiyepiskop Arşak Xaçatryan ətrafında baş verən qalmaqalın “ört-basdır edilməyə çalışıldığı” iddia edilir. Sənəddə din xadimlərinin imzalarının ayrıca səhifədə göstərilməsi isə sənədin autentikliyi (əsl, orijinal) ilə bağlı suallar yaradıb.

Bunun fonunda Eçmiədzində keşiş Asogik Karapetyan jurnalistlərə açıqlamasında sənədin həqiqiliyinə dair heç bir sübutun mövcud olmadığını bildirib. O, medianı araşdırma aparmağa və yayılan bəyanatın gerçəkliyini müəyyənləşdirməyə çağırıb.

Qeyd edək ki, 25 oktyabrda yeni yaradılmış bir Teleqram kanalında intim xarakterli video yayılıb və onun arxiyepiskop Arşak Xaçatryana aid olduğu iddia edilib. Din xadimi ittihamları qətiyyətlə rədd edərək görüntüləri “uydurma və böhtan” adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*