Paşinyandan GÜLÜNC FİKİR: “Dinozavr ferması” yaradaq” – VİDEObackend

Paşinyandan GÜLÜNC FİKİR: "Dinozavr ferması" yaradaq" - VİDEO

Paşinyan “dinozavr ferması” yaratmaq istəyir.

KONKRET.az xəbər verir ki, bu barədə o, parlamentdə hökumətin sual-cavab sessiyası zamanı deyib.

Paşinyan Ermənistan Aqrar Universitetini fermaya köçürmək istədiyini bildirib.

“Bu gün Ermənistanda bir çox kənd təsərrüfatı biznesi şirkətləri var ki, Avropadan saatı 700 avroya mütəxəssis dəvət edirlər. Onlar böyürtkən, çiyələk, ərik, armud yetişdirmək barədə məsləhətlər verirlər.

Sizin deyirsiniz ki, Aqrar Universiteti bitirmiş mütəxəssislər kəndlərə işləməyə getmirlər. Çünki onların əldə etməli olduqları potensial gəlir o qədər də yüksək deyil. Əks sual yaranır: niyə o yerlərə mütəxəssislər getmirlər? Onlar da saatı 700 avro maaş ala bilərlər. Ehtiyac var, amma ora işləməyə getmirlər. Biz qəti şəkildə inanırıq ki, bu dilemmaları ancaq universitet sistemində dərin və hərtərəfli islahatlarla həll etmək olar. Neyləyək? Dinozavr ferması yaradaq? Bəlkə mütəxəssislər işləməyə gələr”, – deyə Paşinyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*