Absurd teatr davam edir. Nikol Paşinyan ilişib qalmış “360 ton humanitar yük” və Qarabağdakı “humanitar vəziyyət” barədə kədərli tvit yazıb.
KONKRET.az xəbər verir ki, Ermənistanın baş naziri yazıb:
“Biz Qarabağ ermənilərinin düşdüyü vəziyyətə göz yuma bilmərik. 360 ton həyati əhəmiyyət kəsb edən ərzaq məhsulları yalnız humanitar məqsədlər üçün Qarabağa göndərilib”.
Axı Nikol da yaxşı bilir ki, Qarabağ ermənilərinin elementar çıxış yolu lazımi ərzaq məhsullarını Ağdam yolu ilə əldə etməkdir ki, bu da beynəlxalq hüquq normalarına uyğundur.
Rəsmiyyə Şərifova,
KONKRET.az