Paşinyandan Oskanyana: “Fəaliyyətin dövründə hansı sıçrayışa nail olmusan?”backend

Paşinyandan Oskanyana: “Fəaliyyətin dövründə hansı sıçrayışa nail olmusan?”

Bu gün İrəvanda mətbuat konfransı keçirən Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərin çoxsaylı suallarına cavab verib. Keçmiş xarici işlər naziri Vardan Oskanyanın baş nazirdən ona danışıqlarda iştirak etmək səlahiyyətinin verilməsi ilə bağlı sualı cavablandıran Paşinyan bildirib ki, “Oskanyan öz fəaliyyəti dövründə nə etdi? Bəlkə hansısa sıçrayışa nail oldu və biz bunu görmədik.

Parlamentin İstintaq Komissiyasında Vardan Oskanyanın xarici işlər naziri olduğu müddətdə Ermənistanın apardığı siyasət və danışıqlar prosesini ətraflı təsvir etmişəm. Oskanyanın bəyanatlarını diqqətlə izləyirəm və faydalı heç nə görmürəm. Məsələn, Vardan Oskanyan qeyd edir ki, Dağlıq Qarabağ sovet dövründə muxtar vilayət statusuna malik olub. Oskanyanın bəyanatından əvvəl mənim Azərbaycan prezidenti ilə görüşlərimdən sonra Avropa Şurasının prezidenti Şarl Mişel bəyanatlarında keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ifadəsi işlədib”, – deyə Paşinyan bildirib.

Məsələ bu qədər sadədir, Oskanyan və onu bu işə həvəsləndirənlər də bunu çox gözəl anlayırlar.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*