Paşinyandan QƏRAR: “Artsax”ın nümayəndəliyi və operativ qərargahı ləğv edildibackend

Paşinyandan QƏRAR: "Artsax"ın nümayəndəliyi və operativ qərargahı ləğv edildi

Qarabağda qondarma rejim özünü buraxdıqdan sonra separatçılar pərən-pərən düşüb. Onların bəziləri Azərbaycanda həbsdə olsalar da, əksəriyyəti Ermənistana qaçıb. Qarabağın qondarma “prezidenti” də İrəvandadı.

KONKRET.az xəbər verir ki, bir neçə gün əvvəl Şahramanyan soyadlı separatçı İrəvana çatar-çatmaz bildirib ki, onlar mübarizəni davam etdirəcəklər.

Amma bunun üçün Ermənistan dağılan “respublikanın” dövlət qurumlarını maliyyələşdirməlidir. Bəzi məlumatlara görə, Ermənistan hakimiyyəti Şahramanyanın Ermənistanda məsləhətləşmələr keçirməsindən hiddətlənib. Təsəvvür edin mövcud olmayan qondarma qurumun “lideri” görüşlər keçirir və Ermənistan baş nazirini ittiham edir.

Erməni mətbuatı yazır ki, Paşinyan “sürgündə” olan “Artsax” hökumətinə təzyiqlər edir. Daha sonra məlumat verilir ki, Ermənistandakı “Artsax” nümayəndəliyini və operativ qərargahı ləğv edilib. ,

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*