Paşinyandan SON DƏQİQƏ AÇIQLAMASI: Referendum bu tarixdə olacaqbackend

Paşinyandan SON DƏQİQƏ AÇIQLAMASI: Referendum bu tarixdə olacaq

Ermənistan 2027-ci ildə yeni konstitusiyanın qəbulu ilə bağlı referendum keçirməyi planlaşdırır.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.

“Gündəliyimizə konstitusiya dəyişiklikləri məsələsi daxildir. 2027-ci ilə planlaşdırılıb”. -, deyə o, qeyd edib.

Paşinyan bildirib ki, komandası “siyasi gündəmi daha konkretləşdirmək” üçün 2026-cı il parlament seçkilərinə paralel olaraq referendumun keçirilməsinin məqsədəuyğundur. Nazirlər Kabinetinin rəhbəri əlavə edib ki, konstitusiyanın dəyişdirilməsi yalnız daxili siyasətlə bağlı məsələdir, lakin “regional və beynəlxalq təsir” də istisna deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*